İdman

ŞOK! Millimizin üzvü Türkiyədə güllələndi!

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.

İdmanxeber.com-un məlumatına görə, hələlik səbəbi məlum olmayan silahlı insident zamanı 4 nəfər yaralanıb. Hadisə iki qrup şəxsin mübahisəsi zəmnində baş verib.

Yaralananların arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Onlar Kastamonu Dövlət Xəstəxanasına yerləşdirilib. “Anadolu Ajansı”nın yaydığı məlumata görə, yaralananların durumu yaxşıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43