21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Danimarkada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Nordselland” klubunun 19 yaşlılardan ibarət komandası ilə oyun 1:0 hesabı ilə U-21-in xeyrinə başa çatıb.
Yeganə qolu Vadim Ağarəhimov vurub.