İdman

Yunis Hüseynov: “Neftçi”yə təklif göndərdim, Tərlan Əhmədovdan cavab çıxmadı”

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun İdmanxeber.com saytına müsahibəsi.


– Fasilədən necə yararlanırsınız?

– Məşqlərimiz davam edir. Hər şey qaydasındadı. Çalışırıq, maksimum yaxşı hazırlaşaq. Tək problemimiz meydança amili ilə bağlıdı. Məşq etdiyimiz meydançaların vəziyyəti ürəkaçan deyil. Buna baxmayaraq, əhval-ruhiyyə yüksək səviyyədədi.

– Yoldaşlıq görüşü keçirmək üçün sizə “hə” cavabı verən komanda tapılmadı?

– Mən I Divizion klublarına müraciət etmək istəyəndə, onlar çempionat oyunları oynayırdılar. Premyer Liqa təmsilçiləri isə özlərinə rəqib tapmışdılar. Oynamaq üçün “Neftçi”yə təklif göndərdim, Tərlan Əhmədovdan cavab çıxmadı. Ancaq öz aramızda iki tərəfli oyun oynadıq.

– Şəhriyar Rəhimovun milli komandamıza çağırılması sizin üçün sürpriz olmadı?

– Bir dəfə açıqlamamda bildirdim ki, “Kəpəz”dən milliyə futbolçu çağırsalar çox sevinərəm. Ancaq autsayder komanda olduğumuz üçün bəlkə alınmaz. Ancaq çox şükürlər olsun ki, “Kəpəz” milli komandaya futbolçu verdi, bunun üçün sevinirəm. Özüdə hədsiz dərəcədə. Əsas heyətdə də meydana çıxdı, pis təsir bağışlamadı. Şəhriyar elə bir futbolçudu ki,, meydanda can qoyur.

– Şəhriyarın çıxışını necə qiymətləndirərdiniz?

– BU barədə danışmaq istəmirəm. 

– Qarşıda “Zirə” ilə evdə çətin oyuna çıxacaqsınız. Bu görüşdən xal ala biləcəksiniz?

– Biz tək “Zirə”yə yox, “Qarabağ”a, “Qəbələ”yə qalib gəlmək üçün meydana çıxırıq. Hədəfimiz 3 xaldı. Çünki durumumuz elədi ki, bizə ancaq qələbə lazımdı. Sonuncu pillədən qurtulmaq üçün başqa çarəmiz yoxdu. Əfsuzlar olsun ki, çempionatın ikinci dövrəsinin startında bir neçə dəfə şanssızlığa düçar olduq. Əksər görüşləri 0:1 hesabları ilə uduzduq. Son dəqiqələrdə buraxılan qollar göstərdi ki, çatışmayan cəhətlər var. Üzərimizdə işləyirik. Nəticəsini görəcəyik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43