08 Sentyabr 2024
Dünya futbolu

“Yuventus” türkiyəli oyunçunun müqaviləsini uzatmaq istəyir

“Yuventus” Kenan Yıldızla yeni müqavilə imzalamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” türkiyəli oyunçuyla 2029-cu ilin yayına qədər sözləşmə uzatmaq fikrindədir. “Yuventus” 10 nömrəli formanı da Kenana verməyi düşünür.

“Bavariya” yetirməsi olan Kenan 2021-ci ildən Turin klubunda çıxış edir. 18 yaşlı oyunçu bu mövsüm 15 oyuna çıxıb və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43