Uğursuz çıxışı ilə azarkeşlərini məyus edən “Yuventus” klubunda istefalar reallaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubunun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.
Bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib. İdarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.
Növbəti aylarda Turin təmsilçisinin yeni strukturunun formalaşdırılacağı vurğulanıb.