Kateqoriyasız

Zirədə kuryoz hadisə -VİDEO

Hazırda davam edən “Zirə” – “Səbail” matçında maraqlı hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, qonaqların futbolçusu Elmir Tağıyev zədələndiyi üçün onun əvəzinə oyuna Rahid Əmirquliyev daxil olub. Ancaq Tağıyev əvəzləməni görmədiyindən özü də yenidən meydana qayıdıb.

Yalnız “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hakimlərə rəqibin 12 nəfər olduğunu bildirdikdən sonra futbolçu meydandan çıxıb.

İkinci hissə davam edən görüşdə ev sahibi komanda 1:0 hesabı ilə irəlidədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43