İdman

“Zirə”də 3 yeni müqavilə

“Zirə” müqaviləsi başa çatan 3 futbolçu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Təmkin Xəlilzadə və qapıçılar Anar Nəzirovla Kamal Bayramov komandada saxlanılıb.

Hər 3 futbolçu ilə bir illik müqaviləyə imza atılıb.

Qeyd edək ki, bu futbolçular Premyer Liqadakı debüt mövsümündən “Zirə”də  çıxış edir.  



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43