Dünya futbolu

Zlatan İbrahimoviç ABŞ-a gedir

“Mançester Yunayted”dən ayrılan Zlatan İbrahimoviç ABŞ-a gedir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məşhur “Marca” nəşri məlumat yayıb. İsveçli forvard “Los Anceles Qalaksi” klubu ilə anlaşıb. 35 yaşlı futbolçu yaxın günlərdə Kaliforniyaya gedərək müalicəsini davam etdirəcək və 2018-ci ilin mart ayında başlayacaq MLS-ə hazır olacaq.

İbrahimoviç zədə səbəbindən ilin sonuna qədər futboldan kənarda qalacaq. O, bu mövsüm keçirdiyi 46 oyunda 28 qol vurub və 9 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43