İdman

Əfran İsmayılov və Elvin Məmmədovun yeni klubu müəyyənləşdi

“Qarabağ”dan ayrılan Əfran İsmayılov və  “Qəbələ”nin göndərdiyi Elvin Məmmədovun karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızda da çıxış etmiş hər iki futbolçu yeni mövsümdən böyük ehtimalla “Sumqayıt”ın şərəfini qoruyacaq. Yeni baş məşqçi Nazim Süleymanov sözügedən futbolçuların xidmətində maraqlıdır.

Qeyd edək ki, “Sumqayıt” daha öncə “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin keçidini həll edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43