Dünya futbolu

Əmrə Bəlözoğlu yeni müqavilə imzaladı

Türkiyə millisinin sabiq üzvü Əmrə Bəlözoğlu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.

Bu barədə klub prezidenti Göksel Gümüşdağ “Sabah” qəzetinə açıqlamasında məlumat verib. 36 yaşlı yarımmüdafiəçi bu gün superliqa təmsilçisi ilə yeni 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Əmrə karyerası ərzində “Qalatasaray”, “İnter” (Milan), “Nyukasl”, “Fənərbaxça” və “Atletiko” kimi komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43