Milli komanda

Əvvəl O Nil, sonra Prosineçki

DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

İdmanxeber.com AFFA-ya istinadən mətbuat konfranslarının və açıq məşqlərin vaxtını diqqətinizə çatdırır:

9 iyun

Şimali İrlandiya

Saat 18:15. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

Saat 19:45. Mətbuat konfransı

Saat 20:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43