Premyer Liqa

Əvvəl “Xəzər Lənkəran”, sonra isə “Neftçi”

Premyer Liqanın XIII turu çərçivəsində sabah, noyabrın 22-də “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunönəsi son məşqini keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisi son hazırlığı bu gün, noyabrın 21-də saat 16:00-da “Fırtınalar meydanı”nda baş tutacaq. Qonaqların məşqi üçünsə eyni məkan saat 18:00-da hazır vəziyyətə gətiriləcək. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43