Dünya futbolu

100 milyon avroluq yarış

“Borussiya”nın gənc ulduzu Jadon Sanço çıxışı ilə Avropa nəhənglərinin diqqətini üzərinə çəkib

İdmanxeber.az-ın məlumatına görə, Dortmund təmsilçisi oyunçu üçün gələcək 100 milyon avroluq təklifə müsbət cavab verməyə hazırlaşır. Hazırda “Mançester Yunayted” və PSJ-nin hədəfində olan futbolçu mövsüm sonunda Almaniyadan ayrılacağı bildirilir.

2017-ci ilin avqustunda “Siti”dən 8 milyon avro qarşılığında  “Borussiya”ya transfer olunan 18 yaşlı oyunçu cari mövsümdə 9 qol vurub, 14 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43