Kateqoriyasız

“Fənərbağça” İrandan futbolçu transfer etdi

“Fənərbağça” heyətinə yeni oyunçu qatıb.

İdmanxeber.az “Fanatik”ə istinadən xəbər verir ki, “satı-bülbüllər” İranın “İstiqlal” klubundan Allahyar Sayyadmaneşi heyətinə cəlb edib.

Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43