Kateqoriyasız

Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazandı

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev növbəti uğurunu qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, o, Qətərdə keçirilən “Daimond League” turnirində 200 metr məsafədə 19.99 saniyəlik dərəcə ilə birinci olub.

Ramil bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43