Milli komanda

Millimiz yenə öz ampulasında – bu dəfə Lüksemburqa uduzdu

Azərbaycan yığması Millətlər Liqasının 2020/21 mövsümündə ilk oyununa çıxıb.

Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib. Matçın 25-ci dəqiqəsində meydanda azlıqda qalan ilk hissənin sonuna qədər hesabı açmağı bacarsa da, fasilədən sonra buraxdığı qollarla məğlub olub – 1:2.

Bu, italiyalı mütəxəssisin millidə debüt oyunu olub.

Millətlər Liqası, 2020/21 mövsümü, ilk tur
5 sentyabr

C Liqası, I qrup

20:00 Azərbaycan – Lüksemburq – 2:1
Qollar: Ramil Şeydayev, 43 – Anton Krivotsyuk, 48, Jerson Rodriqeş, 72 (pen.)
Qırmızı vərəqə: Mahir Emreli, 25

Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu

Azərbaycan: 1. Emil Balayev, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 6. Namiq Ələsgərov, 16. Elvin Camalov, 2. Qara Qarayev, 19. Təmkin Xəlilzadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev;
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Rəhim Sadıxov;
Baş məşqçi: Canni De Byazi.

Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 13. Dirk Karlson, 7. Lars Jerson, 18. Laoren Yans, 8. Kristofer Martins, 15. Olivye Till, 16. Leandro Barreyro, 10. Gerson Rodriges, 11. Stefano Bensi, 21. Mauritse Devill;
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 6. Florian Bohnert, 9. Danel Sinani, 11. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç, 22. Aldin Skenderoviç, 19. Marvin Martens;
Baş məşqçi: Lyuk Holts.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43