Milli komanda

Kipr – Azərbaycan: təyinatlar açıqlandı

Millətlər Liqasının 2-ci turunda keçiriləcək Kipr- Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Qarşılaşmanın baş hakimi slovakiyalı Filip Qlova olacaq. Ona yerliləri Peter Bednar və Frantişek Ferents kömək edəcək. Dördüncü hakimi funksiyasını Boris Marhefka yerinə yetirəcək.

Hakim-inspektor Andreas Şluxter (İsveçrə), UEFA nümayəndəsi isə Mirsini Psarropoulou (Yunanıstan) olacaq.

Nikoasiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan oyunu sentyabrın 8-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43