Premyer Liqa

2350 gün sonra Qəbələdə təkrarlanan tarix

Topaz Premyer Liqasının 23-cü turunda Qəbələdə yerli komanda “Rəvan”la qarşılaşdı. Qolsuz heç-heçə ilə başa çatan oyunda “Qəbələ” iki dəfə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. Lorenzo Ebesilio və Leonardo da Silvanın zərbələrini paytaxt klubunun qapıçısı Lukaş Sapela dəf edə bilmişdi.

Azərbaycan çempionatında soncuncu belə hadisə – 2350 gun əvvəl qeydə alınıb. 2006/07-ci il mövsümünün 5-ci turunda Qəbələdə keçirilmiş “Gilan” – “Karvan” (1-4) oyununda ev sahibi komanda iki dəfə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. 16-cı dəqiqədə Samir Zərgərovun zərbəsini “Karvan”ın qapıçısı Elxan Həsənov dəf edib, 59-cu dəqiqədə isə İbrahim Hüseynov çərçivədən yayınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43