Ölkə futbolu

3 futbolçu “İnter”ə qoşuldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “İnter” bir günlük istirahətdən sonra yenidən hazırlıqları davam etdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi gün ərzində iki dəfə məşq edib.

Artıq müxtəlif yaş qruplarından olan millilərə dəvət almış futbolçular – Səlahət Ağayev, Tərlan Quliyev və Sertan Taşkın da komandanın düşərgəsindədi.

Qeyd edək ki, “İnter” bu gün toplanış çərçivəsində ikinci sınaq matçında digər təmsilçimiz “Zirə” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43