Premyer Liqa

312 gündən sonra gələn qələbə

Bakının “Rəvan” klubunun qələbəsiz oyunlar seriyası başa çatıb. Topaz Premyer Liqasının 24-cü turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Güvenc Kurtarın yetirmələri 18 oyunluq həsrətə son qoyublar. Bakılılar sonuncu dəfə 5-ci turun “Sumqayıt”la səfər oyununda qalib gəlmişdi. “Rəvan” 181 gün əvvəl – ötən il avqustun 31-də olduğu kimi yenə də 1:0 hesablı qələbə ilə 3 xal qazanıb.

Sumqayıtdakı qələbəsi səfərdə qeydə alındığından “Rəvan” mövsümdə ilk dəfə evdə 3 xal qazanıb. Paytaxt təmsilçisinin öz meydanındakı son qələbəsi ötən mövsüm qeydə alınmışdı. 2013-cü il aprelin 22-də “Turan”ı məğlub edən “Rəvan” 312 gündən sonra qonaqları xalsız qoya bildi.(PFL)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43