Ölkə futbolu

“Neftçi”nin mövsümdə ikinci böyükhesablı məğlubiyyəti

Topaz Premyer Liqasının 24-cü turu Azərbaycanın ən titullu klubu “Neftçi”nin böyük hesablı məğlubiyyəti ilə əlamətdar olub.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, paytaxt təmsilçisi əz meydanında “Qarabağ”a 1:4 hesabı ilə yenilib.

Bu məğlubiyyət “ağ-qaralar”ın ölkə çempionatları tarixində 3 və ya daha çox top fərqilə uduzduğu 6-cı qarşılaşmadır. 1992-ci ildən ölkə çempionatının daimi iştirakçısı üçün bu dəfəki yenilgi fərqli olub. Belə ki, əvvəlki 5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət alıb.

Bundan başqa, indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan “Neftçi” bu dəfə belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl “Bakı” həmşəhərlilərini 3 cavabsız qola üstələmişdi. “Qarabağ” isə “Neftçi” üzərində 2 böyükhesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.

“Neftçi”nin Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləti

03.07.1992 Xəzər (Sumqayıt) – Neftçi (Bakı) 3:0

20.10.2007 Bakı – Neftçi (Bakı) 5:1

13.05.2011 Qarabağ (Ağdam) – Neftçi (Bakı) 3:0

11.03.2012 Qəbələ – Neftçi (Bakı) 4:1

31.08.2013 Bakı – Neftçi (Bakı) 3:0

28.02.2014 Neftçi (Bakı) – Qarabağ (Ağdam) 1:4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43