Kateqoriyasız

“Real” – “Qəbələ” matçının başlama saatı açıqlandı

“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan beynəlxalq turnirdə iştirak məqsədilə İspaniyadadır. 

Klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə,”Real”, “Barselona”, “Atletiko”, “Yuventus” kimi tanınmış komandaların iştirakı ilə baş tutacaq turnirin qrup oyunlarının vaxtı müəyyənləşib.

“Qırmızı-qaralar” sabah açılış matçında “Real”la üz-üzə gələcək. Sizləri I qrupda yer alan “Qəbələ”nin oyun qrafiki ilə tanış edirik:


I Qrup
20 sentyabr

13:00 “Real” (Madrid, İspaniya) – “Qəbələ”
14:30 “Qəbələ” – “CEF Yunayted” (Yaponiya)
20:15 Los-Anceles Akademiyası (ABŞ) – “Qəbələ”
21:45 “Qəbələ” – “Stoksund” (İsveç)

21 sentyabr

13:45 “Akademika Koimbra” (Portuqaliya) – “Qəbələ”


Qeyd edək ki, saatlar Bakı vaxtı ilə göstərilib. Komandalar qruplarda tutduqları yerə görə çıxışlarını davam etdirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43