Dünyadan

FIFA son qərarını açıqladı: Tiaqo Silva Almaniya ilə oyunda oynayacaqmı?

FIFA Tiaqo Slivanın Kolumbiyayla oynanılan qarşılaşmada aldığı sarı vərəqəni qüvvəsində saxlayıb.

İdmanxeber.com-un məlumatına görə, “sambaçılar” müdafiəçinin cəza səbəbindən Almaniya ilə matçda iştirak edə bilməyəcəyini görüncə apellyasiya müraciət etmişdi. Ancaq apellyasiya müraciəti əsassız sayıb və PSJ-nin müdafiəçisinin almanlarla oyunda Braziliyaya kömək edə bilməyəcəyi dəqiqləşib. 

Silvanı start heyətində Dantenin əvəz edəcəyi gözlənillir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43