Ölkə futbolu

“Xəzər Lənkəran” istirahətsiz başlayır

Dünən doğma meydanda “Qarabağ” klubuna 2:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək. Hazırlıq prossesinin ardından özünün baza-otelində dincələcək komanda daha iki gün burada məşq edəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XVIII turu çərçivəsində, dekabrın 21-də “Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək. Bu oyun ilin son qarşılaşması olacaq və ardıyca futbolçular yanvar ayının əvvəlinə qədər sərbəst buraxılacaqlar.(12cioyunçu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43