19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisi bu gün son oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, yığmamızın rəqibi Danimarka olub.
Son matçında azı 1 xal qazanmaq istəyən millimizin bu istəyi gerçəkləşməyib. Danimarka millisi yığmamızı cavabsız qollarla məğlub edərək vətənə xalsız yola salıb.
Qeyd edək ki, elit raundun ilk görüşündə Fransaya 0:1 hesabı ilə uduzan millimiz ikinci matçında İngiltərəyə də məğlub olmuşdu – 0:1.
31 mart
22:00. Azərbaycan – Danimarka – 0:3
Qollar: Bager, 42, Qartenmann, 60 , Duelund, 83
Hakimlər: Adrien Yakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)
1. |
Fransa |
2 |
2 |
0 |
0 |
4:0 |
6 |
2. |
İngiltərə |
2 |
2 |
0 |
0 |
4:2 |
6 |
3. |
Danimarka |
2 |
1 |
0 |
2 |
5:5 |
3 |
4. |
Azərbaycan |
2 |
0 |
0 |
3 |
0:6 |
0 |