Kateqoriyasız

Azərbaycanlı futbolçu Rusiya millisində növbəti dəfə dubl etdi

U-19 komandaları arasında Avropa çempionatının elit-raundunda Rusiya millisi qrpda son matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Rusiya İsveç millisi ilə qarşılaşıb və qələbə qazanıb – 3:1. 

Rusiya millisinin heyətində azərbaycanlı futbolçu Ramil Şeydayev bu matçda  start heyətdə meydana çıxıb və iki qol vuraraq komandasına qələbə qazandırıb. 

Xatırladaq ki, Şeydayev bundan əvvəl Litva ilə görüşdə iki qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43