Kateqoriyasız

“Neftçi”dən anormal, qərəzli media siyahısı

Bu gün SOCAR-da “Neftçi”yə rəhbərlik seçimi iclası keçirilib. İclasda yalnız dəvət olunan KİV-lə iştirak edib.

Hansı əsasla dəvət edilirlər – bunu aydınlaşdırmaqda çətinlik çəkirik. Və niyə məhz dəvət? Və aşağıda gördüyünüz siyahı hansısa əsasla tərtib edilib? Bu, anormal situasiyadı.

Məhz bu məqamda səlahiyyəti şəxs klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədir. Onunla da əlaqə saxlamayıb anormal vəziyyətə aydınlıq gətirilməsini istədik, mümkün olmur – telefonu söndürülüb.

Bir suala da cavab tapa bilmirik – əgər konkret siyahı tərtib olunubsa (Ki bunu dilə gətirmək belə qyeri-peşəkarlıqdı),  niyə bu əvvəldən elan edilməyib. Bizim əməkdaş redaksiyanı tərk edib, iclasın keirildiyi məkana qədər gedib, orda bilir ki, bu iclasda iştirak edə bilmərik. Bu absurd durumu hara yazaq, nə cür anlayaq…

Əgər doğrudan da siyahıda gördüyünüz KİV-lərdən başqa mətbu orqanlar  dəvətə “layiq deyildisə”, bu əsaslandırılmalıdı.

Siyahıya diqqətlə baxın. İnanırıq ki,  burda Gündüz Abbaszadənin heç bir rolu yoxdur. Əgər yoxdursa, onda niyə yoxdu? Onun vəzifəsini başının üstündən aşıb kimlər yerinə yetirir…

Bu siyahı rәsmәn “Neftçi”ni “işğal edәnlәr”in diqtəsiylə hazırlanıb – haqlı şübhədir.

Hamımız bir daha şahidi oluruq ki, müstəqil KİV-ə qarşı mübarizədə aşkar hörmətsizlik, qayda-qanun pozuntusuna yol verilir; başqa vasitələri yoxdu, qalmayıb.

“Neftçi” klubunun məsələyə aydınlıq gətirməsini toplantıya dəvət almayan bütün müstəqil, xüsusən, təcrübəli KİV-lər tələb eləyəcək. Bu biabırçılığa aydınlıq gətirilməlidi.

Siyahını hazılayan və bu sənədi imzalayan məsul şəxslər buna açıqlıq gətirməlidir.

futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43