Dünyadan

Məşhur klubun 8 azarkeşi öldürüldü

Braziliyanın “Korintians” klubunun 8 azarkeşi öldürülüb.

İdmanxeber.com-un məlumatına görə, hadisə Sau-Paulu şəhərində baş verib.

İki silahlı şəxs tərəfindən növbəti oyun üçün banner hazırlayan “Pavilhao Nove” adlı azarkeş qrupunun ofisinə basqın edilib.

Nəticədə 8 azarkeş güllələnərək öldürülüb.

Qeyd edək ki, matçdan öncə baş verən hadisə Braziliya Futbol Federasiyası tərəfindən laqeyidliklə qarşlanıb. Belə ki, həmin gün keçirilməli olan “Korintians” – “Palmeyras” matçı baş tutub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43