Dünyadan

“Milan” “Roma”nın futbolçusunu transfer etdi – 25 milyona


“Milan” daha bir futbolçu ilə heyətini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” “Roma”nın müdafiəçisi Alessio Romanyoli ilə razılığa gəlib. 

Mərkəz müdafiəçisinin transferi “Milan” rəsmi saytında yerləşdirilib. Onunla 5 illik müqavilə imzalanıb.

Bu transfer üçün “Milan” “canavarlar”a 25 milyon avro ödəməli olub. Bundan əlavə “rossonyerlər” titul qazanacağı təqdirdə “Roma” daha 5 milyon avro gəlir əldə edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43