Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, millimizin mövqeyində dəyişiklik olmayıb.
Əvvəlki kimi millimiz 1411 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya yenə 1919 xalla Braziliya yığması başçılıq edir. İspaniya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.