Madridin “Real” klubu növbəti rekorduna imza atıb.
İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi La Liqa tarixində ard-arda yeddinci mövsümdə 100 qolluq səddi keçə bilib.
Bu gün “Vilyareal”la matçda rəqib qapısına 3 top vuran Madrid klubu çempionatın bitiminə 4 tur qalmış La Liqanın bu mövsümündə vurduğu qolların sayını 101-ə çatdırdı ki, bu da bir ilkdi.