Azərbaycanlı futbolçu Emin Mahmudovun formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubu yoxlama oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” yerli “Pedras Rubras”la qarşılaşıb.
Qarşılaşma Eminin komandasının 3:0 hesablı qələbəsi ilə bitib.
Həmyerlimiz oyuna ikinci hissədə daxil olub və sona qədər meydanda qalıb.