Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının yarışında 2016/2017-ci illər mövsümünə start verildi.
İdmanxeber.com-un məlumatına görə, “Zirə” 1-ci turda “Sumqayıt”ı qəbul etdi. Baş məşqçi kimi komandanı ilk rəsmi oyuna çıxaran Ayxan Abbasov qələbə ilə başladı.
Oyunun əvvəllərindən üstünlüyü ələ alan “gənc qartallar” erkən qollarla azarkeşləri sevindirdilər. Artıq 9-cu dəqiqədə Muxtar Əliyev hesabı açdı. Cəmi 3 dəqiqə sonra isə Muxtar dublunu rəsmiləşdirdi. İlk yarı komandamızın 2-0 hesablı üstünlüyü ilə başa çatdı.
Fasilədən sonra da “Zirə”nin fərqlənmək üçün şansları oldu. Amma hesab sona qədər dəyişmədi. Komandamız ilk turda “Sumqayıt” üzərində 2-0 hesablı qələbə qazanmaqla, çempionata uğurlu nəticə ilə başladı.