Ölkə futbolu

“Qarabağ”da son durum – zədəli futbolçular nə zaman qayıdır?

Premyer Liqanının V turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən “Qaranağ”ın iki futbolçusu Muarem Muarem və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, hər iki futbolçunun zədəsi ciddi deyil və dünəndən etibarən komandayla məşqdə iştirak ediblər.

Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43