FİFA Norveç millisinin futbolçusu Ule Selnesə ağır cəza tətbiq edib.
İdmanxeber.com-un məlumatına görə, qurum futbolçunu 11 ay müddətinə futboldan uzaqlaşdırıb. Buna səbəb “Sent-Etyen”in 22 yaşlı yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsində millimizlə Bakıdakı oyundan sonra görüşün hakiminə təhqiramiz söz işlətməsi olub.
Qeyd edək ki, sözügedən qarşılaşma millimizin qələbəsi ilə başa çatıb – 1:0.