UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qəbələ" öz meydanında "Anderlext"lə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, belçikalılarla "Bakcell Arena"da keçiriləcək görüş bir neçə kanalın canlı yayımında olacaq.
Sözügedən qarşılaşmanı ölkəmizdə "İdman Azərbaycan" canlı yayımlayacaqsa, Rusiyanın "Matç! Futbol 3" kanalı da bu matçı mavi ekranlarına daşıyacaq.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək oyun saat 21:00-da başlayacaq.