Gələn ilin yanvar ayında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirin təqvimi məlum olub.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək.
C qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, 13-də isə Slovakiya ilə üz-üzə gələcək.
Turnirin 1/4 final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.
Valentin Qranatkin turniri
C qrupu
9 yanvar
13:00 Litva – Azərbaycan
15:15 Slovakiya – Qazaxıstan
11 yanvar
13:00 Qazaxıstan – Azərbaycan
15:15 Slovakiya – Litva
13 yanvar
13:00 Litva – Qazaxıstan
15:15 Azərbaycan – Slovakiya