Dünya futbolu

Braziliya və Argentina arasında yoldaşlıq görüşü keçiriləcək

Braziliya və Argentina milliləri yoldaşlıq oyununda qüvvələrini sınayacaqlar.

Komandalar bu ilin iyun ayında Avstraliyada üz-üzə gələcəklər. Bu barədə Avstraliyanın idman naziri Con Eren yerli mətbuata açıqlamasında məlumat verib. O, dünya futbolunun nəhənglərinin iyunun 9-da, Melburn şəhərinin 100 min tamaşaçı tutumuna malik MCG stadionunda üz-üzə gələcəyini deyib.

Xatırladaq ki, əzəli rəqiblərin son oyununda “sambaçılar” sevinib. Ötən ilin noyabr ayında, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Braziliyada keçirilən oyunda meydan sahibləri Filipe Koutinyo, Neymar və Paulinyonun qollarıyla 3:0 hesabıyla qalib gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43