“Milan” fevralın 25-də 18 yaşı tamam olacaq Canluici Donnarumma ilə peşəkar müqavilə imzalamağa hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi gənc qapıçıya 5 illik sözləşmə təklif edib. Onun illik əmək haqqısı 2 milyon avro olacaq.
Lakin Donnarummanın meneceri Mino Rayola bu təkliflə razı deyil. Belə ki, o, “Milan”dan 4 milyon avroluq maaş tələb edir.
Qeyd edək ki, Donnarummanın hazırkı klubu ilə razılığa gələ bilməyəcəyinə ümid edən “Yuventus”, “Çelsi”, “Mançester Yunayted”, “Real” və “Barselona” onu heyətinə qatmağa hazırlaşır.