Dünya futbolu

Monçi “Sevilya”dan getdi

“Sevilya” Ramon Rodrigesin (Monçi) idman direktoru vəzifəsindən getdiyini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Monçi klubla müqavilənin pozulması ilə bağlı razılığa gəlib.

Bu gün o, prezident Xose Kastro ilə birlikdə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, bir müddət əvvəl yayılan məlumata görə, Monçi “Roma” ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Monçi 1988-1999-cu illər aralığında “Sevilya”nın futbolçu kimi şərəfini qoruyub, 2000-ci ildə isə idman direktoru təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43