Panama millisinin üzvü Amilkar Enrikes qətlə yetirilib.
İdmanxeber.com-un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi evi qarşısında 2 naməlum şəxsin hücumuna məruz qalıb.
Bir neçə güllə yarası alan Enrikes xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Amilkar Enrikes Panama yığmasında 75 oyuna çıxıb.