“Qarabağ” yay bazarından maksimum yararlanmaq niyyətindədi. Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən Azərbaycan çempionu bəzi mövqeləri yeni futbolçularla gücləndirməyə hazırlaşır. “Qarabağ”ın “Gənclərbirliyi”nin forvardı Tokelo Rantieni heyətinə cəlb etmək istədiyini xəbər vermişdik. Ağdamlılar CAR millisinin hücumçusu ilə bu gün şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Hazırda iki klub arasında danışıqlar gedir. Türklər müqaviləsi bitməyən qolçusuna görə Azərbaycan çempionundan 300 min avro təzminat istəyir.