İspaniyanın “Las Palmas” klubunun yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, La Liqa təmsilçisini yeni mövsümdə Manolo Markes çalışdıracaq. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Markes ötən mövsüm “Las Palmas”ın ikinci komandasını çalışdırıb.