Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA inkişaf turnirində futbol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, estoniyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qalib gəliblər.
Vüsalə Seyfətdinovanın dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Anna Abulaşvili və Rövşanə Sərdarlı fərqləniblər.