Dünya futbolu

Torresin “Atletiko”dakı taleyinə aydınlıq gəldi

“Atletiko”nun futbolçusu Fernardo Torres komandadan ayrılamaycaq.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli forvard Madrid klubu ilə yeni müqavilə imzalayıb. 33 yaşlı hücumçu ilə müqavilə bir il uzadılıb.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan futbolçu 2000-ci ildən 2007-ci ilədək bu komandada çıxış edib. Daha sonra “Liverpul”a transfer olunan Torres 2011-ci ildə “Çelsi”də, 2014-2015-ci illərdə “Milan”da çıxış edi. O, 2015-ci ildən Madrid klubunda çıxış edir. Cari mövsüm Madrid klubunun heyətində 45 oyun keçirən futbolçu 10 qol vurub.

Xatırladaq ki, bir müddət öncə futbolçunun komandadan ayrılacağı barədə məlumatlar yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43