Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin ilk yoxlama oyununun başlama saatı müəyyənləşib.
İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, Rumıniyanın “Volentaru” klubuna qarşı keçiriləcək matç yanvarın 27-i Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, görüş “The Sensei de Lux” otelinin meydançasında oynanılacaq.