Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ikinci yoxlama görüşünə çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi Cənubi Koreyanın “Tedjon Sitizen” klubu ilə qarşılaşıb. Matç Yunis Hüseynovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu rəqib qapısından İlkin Sadıqov keçirib.
Qeyd edək ki, “Kəpəz” ilk yoxlama matçında Rumıniyanın “Vitorul” klubu ilə bərabərə qalıb – 1:1.