Bakıda Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, yarış iyunun 22-dən 24-dək davam edəcək.
Avropa Liqasında 8 komanda 2 qrupda mübarizə aparacaq. Millimiz Portuqaliya, Belarus və Fransa yığmaları ilə birgə I, İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri isə II qrupda yer alıb.