İdman

“Azərbaycan millisi maraqlı futbol sərgiləyir” – Qazaxıstan millisinin baş məşqçisi

“Bütün futbolçularımız indi yaxşı vəziyyətdədilər. Millətlər Liqası öncəsi hansı durumda olduğumuzu görmək baxımından önəmli vaxtdı”. 

İdmanxeber.com-un məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

Qazaxıstan millisi iyunun 5-də Astanada Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma öncəsi mətbuat konfransı keçirən Stoilov komandasının durumunu dəyərləndirib.

O, yığmamızı təsadüfən seçmədiklərini söyləyib: “Azərbaycan oyun üslubuna görə Gürcüstana bənzəyir ki, bu, çox vacib amildi. Çünki gürcülərlə Millətlər Liqasında üz-üzə gələcəyik. Azərbaycanlı futbolçular da onlar kimi, kombinasiyalı oyun göstərirlər. Qarşıdakı matçlarda inkişaf etmək lazımdı. Azərbaycanla qarşılaşmağımız yaxşıdı. Çünki bu komanda maraqlı futbol sərgiləyir”.

Stoilov bu gün “Astana”ya baş məşqçi təyin edilən “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuka da uğurlar arzulayıb: “Astana”nın səviyyəsi göz önündədi. Qriqorçukun da avrokuboklarda böyük təcrübəsi var. Ümid edirəm ki, o, uğurlarımızın sayını daha da artıracaq”.

 

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı “Astana Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43