Ölkə futbolu

Rüfət Dadaşov: “Belə vəziyyətdə Azərbaycan millisndə oynamaq şansım yaranır”

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov açıqlama verib. İdmanxeber.com-un məlumatına görə, bir müddət əvvəl Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”ə keçən təcrübəli forvard daha yüksək liqada oynamağının onun Azərbaycan millisinə də yolunu açdığını bildirib:

“Proyssen”ə transferimin məqsədi daha yüksək səviyyəli çempionatda oynamaq idi. Belə olan vəziyyətdə Azərbaycan millisində oynamaq şansım yaranır. Yaxşı rəqabət olan komandaya gəlmişəm”.

Dadaşov komandanın digər hücumçusu Adriano Qrimali ilə rəqabətdən çəkinmədiyini deyib: “O, fərqli keyfiyyətlərə malikdi. Mən isə topla oynamağı və yarımmüdafiəçilərlə əlaqədə olan forvardam. Müdafiədə qapanan komandaya qarşı oynaya bilirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43